Ev Dizaynları

SS design group xidmətləri

Məlumdur ki, ev dekorasiyası ilə bağlı hər gün yeni bir şey öyrənirik, belə ki, üstünlük verilən ev dizayn modelləri bir-birindən dəbli növləri ilə bizə deyiləsi çox söz buraxır.Yeni bir evdə məskunlaşarkən və yaxud əsaslı təmir planlaşdırarkən hətta kiçik büdcə ilə də interyerin sonda görmək istədiyimiz bütün elementlərinin müəyyən üslubu və ahəngi barədə düşünürük. Mənzilin düşünülmüş və müasir interyeri rahatlıq, inam hissi, insanın özünü və ümumilikdə həyatı yeni formada dərk etməsinin formalaşmasıdır. 

Keyfiyyətimiz zəmanətimizdir

Xidmətlərin dəyəri

Şirkətimiz öz nizamnaməsinə uyğun olaraq mebel istehsal etmək üçün Avropanın müxtəlif ölkələrində istehsal olunmuş (Türkiyə, Almaniya) müasir avadanlıqlar və materialları ölkəmizə gətirmiş və Avropa standartlarına uyğun, müasir dövrün tələblərinə cavab verən ofis, mətbəx, yataq otağı, uşaq otağı və s. üçün dizayn xidmətlərinə başlamışdır.

Şirkətimizdə tam dizayn layihəsi eskiz və işçi layihədən ibarətdir.Layihənin icra müddəti əsas olaraq sifarişçi ilə sıx əməkdaşlıqdan, işin müxtəlif mərhələlərində layihəni nə qədər tez və uğurla təsdiq etməsindən, həmçinin materialların, avadanlıqların və digər məsələlərin razılaşdırılma sürətindən asılıdır.